XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 10:14

Görkəmli dilçi alimdünyasını dəyişdi

Bagirov

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Adil Nəsib oğlu Bağırov bu gecə 69 yaşında qəflətən dünyasını dəyişib.

Bu haqda Strateq.az-a mərhumun yaxınları bildirib.

Adil Bağırov AMEA Naxçıvan bölməsi İncəsənət,  Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri vəzifəsində çalışırdı. 1947-ci ildə Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Adil Bağırov altı monoqrafiya, beş kitab, iki dərs vəsaiti, iki tədris proqramı, yüz otuza yaxın elmi və metodik məqalənin müəllifi idi. Azərbaycan dilçilik elminin dəyərli simalarından  hesab olunan  Adil Bağırov bu gün Naxçıvan şəhərində torpağa tapşırılacaq.

Allah rəhmət eləsin…