XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 13:12

Zakir Həsənov və Ohanyan birgə tədbirlər planını müzakirə edəcəklər

MDB nazirler.jpg

Qırğızstanda sabah başlanacaq MDB ölkələrinin müdaifə nazirlərinin iclasında bir sıra məsələlər müzakirəyə çıxarılıb.

Strateq.az Qırğızıstan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, çolpan –Atada keçirləcək iclasda MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edəcək.

MDB ölkələrinin müdafiə nazirləri görüş çərçivəsində 2016-cı il il üçün hərbi qüvvələrin birgə tədbirlər planını, avqust ayında keçirilməsi planlaşdırılan Beynəlxalq Ordu oyunlarına hazırlığı müzakirə edəcəklər. Nazirlər həmçinin MDB ölkələrinin hava hucumundan müdafiə sistemi ilə bağlı birgə təlimlərə hazırlıqla bağlı müzakirə aparacaq. Bu birgə təlimlər 2015-ci ilin sentyabrında baş tutacaq.

İclasda həmçinin MDB ölkələrinin hərbi qüvvələrinin uçuşlarının təhlükəsizliyi ilə bağlı vəziyyət də gündəliyə daxil edilib.

İştirakçılar dövlət radiolokasiya üzrə vahid sistemin və radiasiya, kimyəvi dəyişiklikərlə bağlı informasiya mübadiləsinin təkmilləşdirilməsi üzrə də fikir mübadiləsi aparacaqlar.

İclasda Azərbaycan, Rusiya, Qazaxstan, Ermənistan, Belarus, Tacikstan və özbəkistan müdaifə nazirləri iştirak edəcək.