XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 16:11

QHT Şurasında iclas –Azay Quliyev yenidən sədr seçildi

azay-depu

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 

Şuradan Strateq.az-a daxil olan məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb və Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib: "Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib".

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir  Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova,  Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev,  Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.