XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 16:40

Cəbhəboyu rayonlarda partlamamış hərbi sursatlarla bağlıhesabat açıqlandı

Qarqar çayında 5 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərləşdirilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə aprelin 7-dən 22-dək Agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Cəbhəboyu rayonlarda aparılmış işlərlə bağlı vəziyyət açağıdakı kimidir.

Tərtər rayonu

Qapanlı kəndi – 93 ev və həyətyanı sahəyə, 109 partlayış yerinə baxış keçirilib və partlamış sursatların qalıqları təmizlənıb. Bununla yanaşı, partlamamış 3 ədəd 85 mm-lik top mərmisi, 7 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Qarağacı kəndi – 15 ev və həyətyanı sahəyə və 15 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib.

Qaradağlı kəndi – 24 ev, 36 partlayış yeri və 1 əkin sahəsinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib.

Əskipara kəndi – 4 ferma və 10 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Şıxarx kəndi -1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.

Cəmi: 132 ev və həyətyanı sahə, 172 partlayış yeri, 4 ferma, 3 əkin sahəsi, 42 ədəd partlamamış hərbi sursat

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi – 1 ev və həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olub.

Mirzəhaqverdili kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilib və partlamış sursatın qalıqları təmizlənıb.

Cəmi: 2 ev və həyətyanı sahə, 1 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat

Ağdam rayonu

Təzəkənd kəndi – 7 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilib.

Orta Qərvənd kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib.

Çıraqlı kəndi – 4 ev və həyətyanı sahə və 4 partlayış yerinə baxış keçirilib, partlamış sursatın qalıqları götürülüb.

Mahrızlı kəndi – 15 ev və həyətyanı sahəyə baxış keçirilib, qrad mərmilərinin partlamış hissələri çıxarılıb.

Əfətli kəndi – 8 ev və həyətyanı sahəyə baxış keçirilib, torpaq altında partlamış qrad raketinin qalıqları çıxarılıb. Kənddən keçən Qarqar çayında 5 ədəd PMN aşkar olunaraq zərərləşdirilib.

Ballar kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Ergi düzü – 1 fermaya baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Evoğlu kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Baharlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Yusifcanlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib.

Cəmi: 35 ev və həyətyanı sahə, 46 partlayış yeri, 1 ferma, 3 ədəd partlamamış hərbi sursat və 5 ədəd PMN

Goranboy rayonu

Tapqaraqoyunlu kəndi – 123 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbinin ərazisi yoxlanılıb, 130 partlayış yerindən sursatların qalıqları çıxarılıb. 2 ədəd partlamamış 100 mm-lik, 1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi aşkar olunaraq zərərsizləşdirilib.

Qaxdud kəndi – 2 ev həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb.

Cəmi: 125 ev və həyətyanı sahə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 132 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat

Füzuli rayonu

Mirzənağılı kəndi – 5 ev və həyətyanı sahə, 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik minaatan mərmi aşkar edilib.

Qazaxlar kəndi – 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib.

Əhmədalılar kəndi – 7 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb.

Horadiz şəhəri – şəhər və ətrafında 84 partlayış yerinə baxış keçirilib, 81 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Cəmi: 15 ev, 95 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat

Tovuz rayonu

Qədirli kəndi – 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 84 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz rayon polis şöbəsinin 15 aprel 2016-cı il tarixli 2108 nömrəli məktubuna əsasən).

Cəmi: 1 ev, 84 ədəd partlamamış hərbi sursat

Ümumilikdə, Agentlik tərəfindən 7 aprel tarixindən 22 aprel 2016-cı il tarixinə kimi Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.