XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

22 Aprel 2016 - 17:02

Gənc alimlər üçün xüsusi güzəştləri nəzərdə tutan qanun layihəsinin qəbulu niyə yubadılır?

İsa Həbibbəyli

Azərbaycanda yenidən hazırlanmış “Elm haqqında” qanun layihəsinin qəbulunun ləngiməsinə səbəb müvafiq qurumların rəyinin alınmamasıdır. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli apa.az-a bildirib ki, qanun layihəsi ikinci oxunuşda hazırlandıqdan sonra rəyi alınması üçün müvafiq qurumlara verilib və hazırda müzakirəyə çıxarılması üçün həmin rəylər gözlənilir. Komitə sədri qeyd edib ki, qanunun müzakirəyə çıxarılıb qəbul olunması üçün heç bir problem yoxdur:

“Layihə həmin qurumların rəyi olmadan müzakirəyə çıxarılıb. Bizdə olan son məlumata görə, yaxın vaxtda o rəylər gələcək və qanun layihəsini plenar iclasda müzakirəyə təqdim edəcəyik”.

Rəy verəcək qurumların adını açıqlamayan komitə sədri bu ilin fevralında plenar iclaslardan birində qanun layihəsinin gündəliyə salınıb və iclas günü gündəlikdən çıxarılma səbəbini də həmin rəylərin olmaması ilə izah edib:

“Ümid edirik ki, bu sessiya “Elm haqqında” qanun layihəsini plenar iclasda müzakirəyə çıxara biləcəyik”.

Qeyd edək ki, konseptual olaraq birinci oxunuşda qəbul olunan “Elm haqqında” qanun layihəsinin əsas hazırlıqdan sonra ikinci oxunuşda plenar müzakirəsi ləngiyir. Qanunda elm sahəsində bir sıra yenilikləri, o cümlədən gənc alimlər üçün xüsusi güzəştləri, mükəlləfiyyətləri və sosial dəstəkləri nəzərdə tutan xeyli müddəa var.