XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 22:00

Suriyadan Türkiyə ərazisinə raket zərbələri endirilib: 2 nəfər ölüb

kilis

Türkiyənin Kilis şəhərinin Suriya ərazisindən raket atəşinə tutulması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində yaralanıb xəstəxanaya çatdırılan 2 nəfər həkimlərin səylərinə baxmayaraq həyatlarını itiriblər.

Xəstəxanada 4 yaralının müalicəsi davam edir.

***

20:39

Bakı –APA. Türkiyənin Kilis əyaləti yenidən Suriya ərazisindən  raket atəşinə tutulub.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, üç mərmi Kilis şəhərinin mərkəzinə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var, onların dəqiq sayı məlum deyil.

Xatırladaq ki, aprelin 18-də Kilis İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulmuşdu, 3 nəfər ölmüş, 9 nəfər yaralanmışdı.