XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 12:24

DİN Badamdardakı silahlı insidentlə bağlı məlumat yaydı- 2 nəfəri güllələyən şəxslərin adları açıqlandı

DIN

Daxili İşlər Nazirliyi Badamdar qəsəbəsindəki "Bulaq" restoranındakı güllələnmə ilə bağlı məlumat yayıb.

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.