XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 05:13

Heydər Əliyev prospektinin bir hissəsi 2 günlüyə tam bağlanacaq

yol baqli.jpg

Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib. (APA)

Məlumata görə, eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.