XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2016 - 19:59

Bakıda avtobus sürücüləriaksiya keçirib (VİDEO)

138514_res_01

Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçiriblər.

Bunu "Report"a etiraz aksiyası keçirən sürücülər bildiriblər.

Sürücülər "BakuBus" MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə etiraz ediblər. Onların sözlərinə görə, bu dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib.

"Bizə öncədən heç bir məlumat verilməyib və sadəcə 18 saylı marşrutda istifadə olunan avtobusların istismara yaramadığı bildirilib. Halbuki, bu avtobuslar təmiz şərait, kondisioner sistemi və s. zəruri sistemlərlə təmin edilib. Bizim marşrutun işinin dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik", – deyə sürücülər bildiriblər.

Qeyd edək ki, 18 saylı marşrut həftənin bütün günləri saat 06:10 – 23:00 radələrinədək Həmzə Babaşov küçəsindən Mərkəzi Univermağa qədər hərəkət edirdi.