Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.
Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, bu gün 57 kq çəki dərəcəsində çıxış edən Mircəlal Həsənzadə olimpiadaya növbəti vəsiqənin sahibi olub.
57 kq
1/8 final – Mircəlal Həsənzadə – Ethan Tomapa (Guam) 10:0
1/4 final – Mircəlal Həsənzadə – Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final – Mircəlal Həsənzadə – Sandip Tomar (IND) 8*:8