XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 17:59

Şirvan su kanalında batmışazyaşlının cəsədi tapılıb

kanal_230815

21 aprel 2016-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində Şirvan su kanalında (ən yaxınlıqdakı məntəqədən 6 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

24 aprel 2016-ci il tarixində 2007-ci il təvəllüdlü, Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi batdığı yerdən 5 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:59-da başa çatıb.