XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Aprel 2016 - 18:08

Pərviz Həşimli evinə silah qoyanMTN zabitinin adını açıqladı

perviz-hesimli-yeni

Bu yaxınlarda azadlığa çıxmış keçmiş vicdan məhbusu Pərviz Həşimli 2013-cü ildə MTN-nin onu şərləməsi ilə bağlı yeni fakt açıqlayıb.

Jurnalist bununla bağlı "Facebook" səhifəsində yazıb: “2013-cu il 17 sentyabr tarixində Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin mənzilimə hücumunu heç kəs unutmayıb. Həmin gün 5 yaşlı qızım Zeynəb balaca əllərini köksündə çarpazlayaraq “nə olar bizi öldürməyin” deyə, o quldur dəstəsinin qarşısında fəryad eləmişdi. Bu gün evimə silahı qoyan MTN-nin zabitinin adını öyrəndim. Bu Antiterror Mərkəzində şöbə rəisi işləmiş (Hazırda Mədət Quliyev onu qovub) Çingiz Hacıyevdir. Bu adam MTN-də Eldar Mahmudovun şərlədiyi insanların mənzilinə, avtomobilinə silah-narkotik qoyan, heç bir hörməti olmayan, mənəvi cəhətdən deqradasiyaya uğrayan biri kimi tanınır”.