Pedaqoqika üzrə fəlsəfə doktoru Şirəli Ağali oğlu Əhədov xəstəlik nəticəsində dünyasını dəyişib.
Ş.Əhədov uzun illər Masallı Rayon Təhsil Şöbəsinin müdiri, sonralar isə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ş.Əhədov 18 iyul 1955–ci ildə Masallı rayonunun Lürən ərazisinin Pircana kəndində anadan olub. O, uzun illər pedaqoq kimi müxtəlif məktəblərdə rəhbər vəzifələrdə çalışıb. 2006–cı ildən etibarən isə Bakı şəhəri 233 nömrəli tam orta məktəbin direktoru vəzifəsini tutub(azadliq.info).