XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 13:47

Nazirdən iri supermarketlərin müraciəti haqda daha bir açıqlama:"Hazırda biz bu məsələni nəzərdən keçiririk”

sahin nazir

Bu günlərdə Azərbaycanın iri supermarketlər şəbəkələri rəhbərlərinin iqtisadiyyat nazirinə ünvanladığı birgə müraciət bir sıra qanunvercilik məsələləri ilə bağlı olub. 

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev iş adamlarının quruma müraciəti ilə bağlı məsələni şərh edərkən bildirib. 

Ş.Mustafayevin sözlərinə görə, hazırda müvafiq məsələyə Vergilər Nazirliyi ilə birgə baxılır: “Konkret olaraq supermarketlərin rəhbərləri kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi probemləri qaldırmışdılar. Hazırda biz bu məsələni nəzərdən keçiririk”.

Report