XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 13:53

Vüqar Bayramov Avstriyanın prezidenti ilə görüşəcək –İqtisadi müzakirə

vuqarbayram-1.jpg

Avstriya hökuməti beynəlxalq ekspertləri öz ölkəsinə dəvət edib. 30-a yaxın ölkənin təmsilçiləri 1 həftə ərzində Vyana və Salzburq şəhərlərində görüşlər keçirib, müzakirələr aparacaqlar.

Bu barədə Iqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Strateq.az-a bildiriblər ki, azərbaycanlı alim, tanınmış iqtisadçı Vüqar Bayramov da Avstriya hökumətinin dəvət etdiyi ekpertlər arasındadır:

"Hal-hazırda Vyanada olan Vüqar Bayramovun səfəri Avstriya Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra edilən Avstriya Liderlər Proqramı çərçivəsində reallaşıb. Bu proqram çərçivəsində ilk dəfə olaraq dünyanın aparıcı ekspertləri bir araya gəlir. Müxtəlif qlobal, o cümlədən iqtisadi və enerji mövzularında müzakirələr təşkil ediləcək. Beynəlxalq ekspertlərin Avstriyaya səfəri aprelin 24-dək mayın 1-dək davam edəcək".

Səfər çərçivəsində Avstriyanın bir neçə naziri ilə görüşləri olacaq.

Paytaxtda yerləşən imperial sarayında Vüqar Bayramovun da yer aldığı beynəlxalq ekspertlər Avstriyanın prezidenti Heinz Fişher tərəfindən qəbul ediləcək:

"Avstriya Prezidentinin ekspertlər ilə görüşməsi məhz bu müzakirələrin əhəmiyyətinin yüksək olmasının göstəricisidir. Bununla yanaşı, Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEK), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) kimi aparcı təşkilatların rəhbərliyi ilə görüşlər olacaq. Avstriyada fəaliyyət göstərən aparıcı biznes qurumlarının rəhbərləri də beynəlxalq ekspertlər ilə müzakirələr aparacaqlar. Son zamanlar müşahidə edilən qlobal geriləmələr, enerji daşıyıcılarının qiymətindəki dəyişikliklər, müxtəlif ölkələrdən tərəfindən həyata keçirilən iqtisadi islahatlar paketi də müzakirələrin mövzusu olacaq.

Bir həftə sürəcək müzakirələr və görüşlər yalnız Avstriya hökumət, biznes elitası və beynəlxalq qurum rəhbərləri ilə deyil, eyni zamanda ekspertlər arasında müzakirələrin təşkil edilməsinə imkan verəcək. Bunu qlobal problemlərin müzakirəsinə yeni yanaşma kimi qiymətləndirmək olar. Beynəlxalq ekspertlər həmçinin Salzburq şəhərinə səfər edərək orada dövlət və biznes nümayəndələri ilə görüşlər keçirəcəklər".