XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 16:45

Pirqulu meteoroloji stansiyanın fəaliyyəti yenidən bərpa edildi –FOTO

ramiz-amea-cografiya

Başda direktor, akademik Ramiz Məmmədov olmaqla, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Anar  Osmanlı, ararıcı elmi işçilər Məhərrəm Həsənovla Müseyib Yunusov İnstitutun Şamaxı rayonunda ezamiyyətdə olublar.

Bu barədə Strateq.az-a AMEA-dan xəbər verilib.

Bildirlib ki, səfər zamanı Pirqulu stasionarının müdiri, a.ü.f.d. Çingiz Qülalıyev və stasionarın əməkdaşı Abbas İsmayılovla birgə Pirqulu Stasionarında əvvəllər fəaliyyət göstərmiş meteoroloji stansiyanın fəaliyyətini yenidən bərpa edilib:

"Stansiyada havanın temperaturu, nisbi və mütləq rütubəti, düz, səpələnən və əks olunan günəş radiasiyası, yer səthinin radiasiya balansı üzərində müşahidələr aparılacaqdır. Bundan başqa, torpaq səthinin təcili, maksimal və minimal temperaturları, torpağın 5, 10, 15 və 20 sm. dərinliklərində temperaturu, küləyin istiqaməti və sürəti də ölçüləcəkdir.  Təlimata uyğun olaraq, hər 3 saatdan bir,  sutkada 8 dəfə olmaqla, meteoroloji müşahidələr aparılacaqdır.

Meteoroloji stansiya dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə  yerləşir. Gələcəkdə isə burada avtomatlaşdırılmış meteoroloji stansiyanın qurulması nəzərdə tutulur. Burada meteoroloji müşahidələrin aparılması dağlıq ərazidə yerləşən meşə landşaftının mikroiqliminin öyrənilməsinə, ərazidə iqlim dəyişmələrinin izlənməsinə, landşaftda baş verə biləcək dəyişikliklərin qeydə alınmasına, biomüxtəlifliyin öyrənilməsinə böyük kömək göstərəcəkdir".