XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 18:42

Bakıətrafı yollarda hərəkət qismənməhdudlaşdırılacaq

yol polisi

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işlər 26 aprel səhər saat 10:00-dan başlayacaq və axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Adıçəkilən avtomobil yollarında sıxlığın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.