XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 08:41

İnterpol FİFA-nın eks rəhbərləri barədə təcili axtarış qərarı verdi – FOTO

inter.jpg

İnterpol FIFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və İcraiyyə Komitəsinin keçmiş üzvü, Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib.

Strateq.az İnterpolun rəsmi saytına istinadən bildirir ki, onlar “çirki pulların yuyulması”, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunurlar.

FIFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.

Onlardan savayı FİFA ilə əlaqəli daha 4 nəfər də axtarışa verilib. Bu şəxslər Torneos у Competencias SA şirkətinin rəhbəri, idman meneceri argentinalı Alexandro Burzako, Braziliyadakı Valente Qrup və Comerton Ltd. şirkətinin rəhbəri Xose Marqulis, biznesmenlər Uqo Jinkis və Mariano Jinkisdir.

İnterpol onlar barədə “qırmızı xətt”lə axtarı elan edib.

Qeyd edək ki, ötən həftə FIFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.

X.SƏFƏRLİ