XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

25 Aprel 2016 - 19:19

Yerevanın hərbi hospitallarına daha36 yaralı əsgər aparılıb

138791_res_01

Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından və “Muratsan” hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.

Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.