“Azərbaycan çox yaxşı hazırlaşıb” – ABŞ səfiri
“Azərbaycan ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına çox yaxşı hazırlaşıb. Bakıda aparılan tikinti quruculuq işləri buna əyani sübutdur”.
ANS TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, hər kəs şəhərdə Avropa Oyunları üçün geniş miqyaslı abadlıq quruculuq işləri aparıldığını görür: “Biz ölkə olaraq idmana çox böyük önəm veririk. Ona görə də, Azərbaycan oyunçuları da olmaqla, bu idman yarışında iştirak edəcək hər kəsə uğurlar arzulayıram”.