XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 12:06

“Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər” –Rəsmi xəbərdarlıq

tank-vurulmus

Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike” raketinn “uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

“Görünür, ermənilər üçün bu silah çox təəcübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. “Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar “qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə, problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəccüblənəcəklər” – Vaqif Dərgahlı deyib.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.