XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 14:06

“Yeni nazirin öz işi ilə deyil, dağıdıcı fəaliyyətlə məşğul olması…” –Sabiq deputatdan Şahin Mustafayevə ağır ittihamlar

nazim-memmedov

Azərbaycanlı sahibkarların öz vətənlərinə deyil, daha çox Gürcüstana, Türkiyəyə və digər ölkələrə investisiya qoymasına sabiq deputat, iş adamı Nazim Məmmədov tərəfindən maraqlı cavab verilib.

Strateq.az xəbər verir ki, bu barədə o, "Feysbuk"dakı səhifəsində yazıb ki, Azərbaycanda sahibkarlıq 2005-ci ildən 2009-cu ilin aprel ayının 30-na qədər gizli şəkildə inhisarlaşdı:

"Ancaq 30 aprel təkcə ADNA-dakı məlum terrorla yadda qalmadı, o gün həm də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK)n timsalında sahibkarlığa qarşı birinci terror hadisəsi baş verdi. Bəli, konfederasiya rəhbərliyinin zorla dəyişdirilməsi baş verdi, yenicə təyin olunmuş nazir Şahin Mustafayevin adamları Ələkbər Məmmədovun yerinə Məmməd Musayevi gətirmək üçün "fəaliyyətə" keçdilər. Onlarla sahibkar həbs olundu, ölkədən getdi. Bütün bunlar onlarla deputatın, Vergilər Nazirliyinin, PA-nın rəsmilərinin iştirakı ilə baş verdi. Bunun məntiqi davamı yeni nazirin öz işi ilə deyil, dağıdıcı fəaliyyətlə məşğul olması və ya xeyir-dua verməsi nəticəsində sürətləndi".

Sabiq deputat deyir ki, 2012-ci ildə artıq inhisarlaşmış sahibkar-məmurların "patronajlığı" ilə tariximizdə "Baku Steel"in rəhbəri Rasim Məmmədovun "qoçu dəstələri" kimi jurnalistikaya keçən adamların metal sahəsində cəngəllik qanunlarının tətbiq etməsi ilə tamamlanıb:

"Bütün bu hadisələrin birbaşa qabağını almalı olan İqtisadi İnkişaf Nazirliyi çevrilib İqtisadiyyat Nazirliyi olsa da, belə adamlar iqtisadiyyatın böyüməsini təmin edə bilməzlər. ASK adında olan bir içtimai qurum normal formalaşmasa, sahibkarlar özləri problemlərini müxtəlif birliklər vasitəsi ilə hökumətə, dövlət başçısına çatdıra bilməsələr iqtisadiyyat düzəlməyəcək…".