XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 17:40

Zakir Qaralov Prokurorlar Assosiasiyasının nümayəndələrinə Qarabağdan danışıb –FOTO

zakir-kamran-prokuror

Azərbaycan Respublikası Baş Prokurorluğu və Hərbi Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, həmin qurumla əməkdaşlıq çərçivəsində bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru xanım Yanne Holst Hübner və Assosasiyanın Baş müşaviri Rasmus Vandal ölkəmizdə səfərdə olublar.

Baş prokuror dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, o cümlədən “ASAN xidmət” mərkəzləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyətləri barədə ətraflı məlumat verib, Assosiasiya ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.

Ölkəmizin ən çox terrordan əziyyət çəkən dövlətlərdən biri olduğunu diqqətə çatdıran Baş prokuror separatçı erməni hərbi birləşmələri tərəfindən beynəlxalq hüququn normaları pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə geniş danışıb.

Görüşdə aprelin əvvəllərindən başlayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı qövvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində cəbhəboyu ərazilərdə yaşayan mülki əhali arasında itkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinin dağıdılması nəzərə çatdırılıb.

Təmsil olunduqları qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaqlar Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndiriblər.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Daha sonra nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında quruma fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşərək, onlara Assosiasiyanın üzvlük vəsiqələrini təqdim ediblər.

Xanım Y.Hübner və cənab R.Vandalla görüş zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın elektron səhifəsində rus versiyasının və Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorlar Şəbəkəsinin (NACP) səmərəli fəaliyyətinin təmin edilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Nümayəndə heyətinin səfəri davam edir.