XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 17:38

İslam Kərimovdan Putinə dəstək:“Rusiyasız yaşaya bilmərik”

putin kerimov

 

“Əfqanıstan problemini  Rusiyasız həll etməyə müəyyən cəhdlər var. Mən birmənalı olaraq bəyan edirəm: Bu heç bir halda düzgün deyil”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyada rəsmi səfərdə olan Özbəkistan prezidenti İslam Kərimov həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, heç kim coğrafiyanı unutmayıb: “Hamı bilir ki, Orta Asiyanı Rusiya ilə çoxəsrlik əlaqə bağlayır. Biz Rusiyanın Orta Asiyada olan maraqlarını birmənalı olaraq başa düşürük. Bununla da razıyıq. Təkcə razı deyil, buna ehtiyac duyuruq”.

İ.Kərimovun sözlərinə görə, əgər kimsə bunu anlamırsa zaman keçdikcə həm bunu, həm də dünyadakı digər reallıqları başa düşəcək: “Reallığı etiraf etmək lazımdır. Əgər bunu etməsən gec-tez bu reallıq səni haqlayacaq”.

Özbəksitan prezidenti bildirib ki, hazırda ən ciddi məsələ Mərkəzi Asiya regionunun təhlükəsizliyidir.  İ. Kərimovun sözlərinə görə, Əfqanıstanda müharibə bitmir və hələlik tünelin sonunda heç bir işıq görünmür. Bu problem isə bütün Mərkəzi Asiya regionuna böyük təhlükə yaradır.