XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 11:25

Yəhudi lord: ““Mossad” ayətullah Xomeynini öldürməkdən imtina edib”

“İran bütün tarixboyu yəhudilər üçün ev olub”

Londonun “Robson Press” nəşriyyatında britaniyalı iş adamı Devid Eliyansın “Bazar həyatı” kitabı çapdan çıxıb.

Strateq.az NEWSru.co.il portalına əsasən bildirir ki, lordlar palatasının İranda yəhudi ailəsində anadan olmuş 82 yaşlı üzvü İran və yəhudi xalqlarının münasibətinə xüsusi diqqət ayırıb.

O, yəhudilərə Babilistan əsirliyindən İsrail torpağına qayıtmağa icazə vermiş fars çarı Kiri, onun varisi, İkinci məbədin tikintisinin xərcini çəkmiş Daranı yada salır.

Müəllif yazır ki, İran bütün tarixboyu yəhudilər üçün ev olub. Lord Eliyans əmindir: İsraillə fələstinlilər arasında sülh sazişinin bağlanmasına ancaq İran nail ola bilər, çünki mollalar həm yəhudi, həm də ərəb mədəniyyətinə bələddirlər. Bununla belə, o, İran liderlərini Tehran bazarındakı alverçilərlə müqayisə edib. Gələcək lord əmək karyerasına bu bazarın piştaxtasından başlayıb.

Memurada həmçinin lordun Parisdə mühacirətdə olan ayətullah Xomeyni ilə İranın yəhudi icmasının təmsilçiləri ilə təşkil etdiyi görüş barədə hekayət də yer alıb. İslam inqilabının gələcək lideri yəhudiləri inandırmaq istəyirdi ki, yeni İran onlara və yaxud İsrailə qarşı çıxış etməyəcək.

Lord Eliyansın sözlərinə görə, İran şahının baş naziri Şapur Bəxtiyar Xomeynini aradan qaldırmaq xahişi ilə İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinə müraciət edib. Lakin İsrail bu xahişə rədd cavabı verib.