"Rusiya öz müttəfiqlərinin ordularının milli təhlükəsizliyə təhdid yaradan qüvvələrə qarşı effektiv müqavimət göstərməsi üçün müasir silah və hərbi texnika ilə təchizatında maraqlıdır".
Bunu Moskvada keçirilən V Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
Onun sözlərinə görə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədlərini gücləndirməklə, Rusiyanın təhlükəsizliyini artırır.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana öz ordusunu müasir silahlarla təchiz etməsi üçün 200 milyon dollar kredit verib.