XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 17:21

DİN və Gömrük Komitəsinə yeni səlahiyyət verildi – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilir:

“3.3-2. həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır”.

***

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə də fərman imzalayıb.

Dəyişikliyə əsasən Əsasnaməyə aşağıdakı məzmunda 3.1.25-1-ci yarımbənd əlavə edilir:

“3.1.25-1. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına (sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə) nəzarət etmək”.