Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun və tanınmış vəkil Qurban Məmmədovun qardaşı Əbdül Məmmədov bu gün 65 yaşında dünyasını dəyişib.
ADP sdəri S. Cəlaloğlu APA-ya açıqlamasında qardaşının beyin iflicindən vəfat etdiyini söyləyib: “Qarabağ müharibəsində onurğa sütunundan xəsarət almışdı. Uzun illərdir müalicə olunurdu”.
Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlil olan Əbdül Məmmədov aprelin əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olan Rasim Məmmədovun atasıdır.
Strateq.az-ın kollektivi Əbdül Məmmədovun vəfatı münasibətilə Cəlaloğlu qardaşlarına başsağlığı verir, onlara Allahdan səbr diləyir!
Allah rəhmət eləsin!