XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

04 İyun 2015 - 05:44

Leyla Əliyeva: “Atam heç vaxt səhv etmir”
“Mən hər zaman atamın məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva deyib.
O, adını daşıyan İnstagram səhifəsində hər zaman atasının fikirlərinə qulaq asdığını qeyd edib.
“Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu, həqiqətən, belədir! Bu, sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun –”Bunu belə etməlisən” deməsini eşitməmişəm. O, sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunun onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar”.
Dövlət başçısının qızı qeyd edib ki, bütün işlərində onunla məsləhətləşir. “Bura həm Heydər Əliyev Fondu, həm də ekologiya sahəsi, həm də “Baku” jurnalı ilə bağlı gördüyüm işlər daxildir”.