XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2016 - 22:48

Aprelin 24-də keçirilmiş sınaq imtahanınınnəticələri açıqlanıb

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 27-də elan edib.

TQDK-dan bildiriblər ki, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48.382 abituriyentdən 3.259 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün on abituriyentin imtahan nəticələri ləğv edilib.