XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 10:15

“Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb” –Müdafiə Nazirliyindən daha bir açıqlama

vaqif-d-1

"Hazırda təmas xəttində vəziyyət stabildir".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb: “Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib”.

V. Dərgahlı qeyd edib ki, hazırda Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

APA