XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 14:48

Ermənilərin yaraladığıdinc sakin vəfat etdi

xestexana-daxili-

Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib. 

Aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib. 

Qeyd edək ki, ermənilərin bütün gecə boyu Ağdamın yaşayış məntəqələrini atəşə tutuması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb. 

Müxtəlif qəlpə yaraları almış yeddi nəfər hazırda Ağdam Mərkəzi rayon Xəstəxanasında həkim nəzarəti altındadır. 

Xəstəxanadan verilən xəbərə görə, Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur. Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır.

APA.az