XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 15:32

“Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir” –General

kerem-veliyev

"Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir”.

Bu barədə Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyevin Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyilir. 

"Erməni naziri "sülhməramlı” qismində çıxış edərkən, Ermənistan silahlı qüvvələri artıq üç gecədir cəbhə zonasında yaşayan Azərbaycanın dinc əhalisini atəşə tutur. Dinc sakinləri və onların evlərini atəşə tutan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir”, – deyə, o, vurğulayıb(APA).