2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun vaxtı uzadıldı.
Strateq.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, elektron ərizə qəbulu aprelin 29-u saat 13:00-də başa çatacaq.
O da bildirilib ki, qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.