Ermənistan mətbuatı bir-birinin ardınca guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dinc sakinləri atəşə tutmasını əks etdirən yalan videogörüntülər, şəkillər yayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ermənilərin yaydığı videogörüntü xüsusi effektlərlə, çox diletantcasına hazırlanıb. Dərin analiz etmədən belə qurama olduğu görünür: "Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydığı şəkillər və videolar saxtadır, dezinformasiya xarakteri daşıyır".