XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2016 - 00:52

Kadırovun səhiyyə naziri azərbaycanlı oldu –Onkoloq Elxan Süleymanov

kadirov-2

Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.

Starteq.az Report-a istinadən xəbər verir ki, bu barədə R.Kadırov o öz İnstaqram səhifəsində yazıb.

elxan-suleyman

"Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım", – deyə o bildirib.

Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.

Bundan əvvəl Çeçenistanın Səhiyyə naziri Musa Əhmədov olub.