XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 11:20

Gürcüstanda nə qədər azərbaycanlı və erməni yaşayır? –Statistika açıqlandı

aksiya-gurcustan

Gürcüstanda 233 min azərbaycanlı yaşayır.

Bu barədə Gürcüstan Milli Statistika Komitəsinin əhalinin siyahıya alınmasının nəticələri ilə bağlı 28 aprel tarixli açıqlamasında deyilir.

Bildirilir ki, azərbaycanlılar ölkə əhalisinin ümumilikdə 6,3 faizini təşkil edir. Siyahıya alınma 2014-cü ilin noyabrında aparılıb və Abxaziya və Cənubi Osetiyanı çıxmaqla ölkənin 82 faiz ərazisini əhatə edib. Nəticəyə əsasən Gürcüstanda 3,7 milyon insan yaşayır və son 12 ildə ölkə əhalisi 15 faiz azalıb.

Əhalinin 86,6 faizi, yəni 3 milyon 224 min 600 nəfəri gürcüdür. Əhalinin 4,5 faizini (168,1 min nəfər) ermənilər və 0,7 faizini (26,5 min nəfər) ruslar təşkil edir.

Gürcüstan əhalisinin 83,4 faizi Pravoslav kilsəsi xristianları, 10,7 faizi müsəlmanlar, 2,9 faizi isə erməni Apostol kilsəsini xristianlarıdır. Eyni zamanda 0,5 faiz əhalinin ateist olduğunu bildirib, 0,3 faizi isə bu suala cavab vermək istəməyib.

APA.az