Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib.
Strateq.az FHN–ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Masallı ilə yanaşı, Cəlilabad, Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.