XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 15:08

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında dəyişiklik –Yeni qayda

polis

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilib.

Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Polis haqqında" qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər edilməsi layihəsi müzakirəyə çıxarılıb.

Belə ki, maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbi, şübhənin mahiyyətini bildirməli olacaq.

Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə" izah etməlidir. Dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib.

Modern.az