XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 18:36

Ağdamın kəndinə60-dək mərmi atılıb

esger

Aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Ağdam rayonunun Əfətli kəndində dağıntılarla və “Qara inək” fermer təsərrüfatına dəymiş ziyanla maraqlanıblar.

Azərtac xəbər verir ki, fermer təsərrüfatının rəhbəri Fuad Əyyubzadə aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini deyib. Bildirib ki, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi cins inəklərdən 12-sinin tələf olması, 25 baş iribuynuzlunun yaralanması ilə nəticələnib. Fermadakı sağım avadanlığına və tikililərə də ziddi ziyan dəyib.

Məlumat verilib ki, ümumiyyətlə Əfətli kəndinə 60-dək mərmi düşüb. Kənddə üç ev dağılıb, 20 ev ciddi zərər çəkib, bir mülki şəxs yaralanıb. Həmin sakin hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.