Mərkəzi Seçki Komissiyası 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib.
Qərarda deyilir ki, 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Ümid Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin olunub və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən edib.
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınıb:
Ağazadə Ənvər Sərdar oğlu
Tağızadə Rəfail Alı oğlu
Əliyev Taleh Məhəmməd oğlu
Hətəmov Səməd Əbdüləli oğlu
Muradlı Rüfət Habil oğlu
İbadova Günel Mahmud qızı