XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2015 - 05:41

Daha dörd ölkənin idmançıları Bakıya gəlib
Daha dörd ölkənin idmançıları Bakıya gəlib
Avropa Oyunlarında iştirak edəcək ölkələrdən İspaniya, Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri Azərbaycana gəliblər.
Onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistləri də olublar. Dörd ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla “Media kəndi”nə yola salınıblar.
Qeyd edək ki, bundan əvvəl Portuqaliya, Almaniya və İrlandiya idmançıları Azərbaycana gəlib./Azvision.az/