XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 05:29

10 mart “Milli Teatr Günü”dür

10 mart Azərbaycan tarixində ən mühüm hadisələrdən birinin – Milli Teatrın yaranma günüdür. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu. İlk tamaşanın səhnəyə qoyulmasında və teatrın yüksəlişə başlamasında H.B.Zərdabinin, N.B.Vəzirovun, Ə.Adıgözəlovun və Ə.Haqverdiyevin böyük zəhmətləri oldu. Bir qədər sonar teatra olan tələbatı dəyərləndirən məşhur xeyriyyəçi H.Z.Tağıyev Bakıda ilk teatr binasını tikdirir. Teatr binasının tikintisi Azərbaycanda aktyorlar ordusunun yetişməsinə rəvac vermiş oldu.

Qısa zaman kəsimi içərisində səhnəmizin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova və digər onlarla korifey simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında üzeyir bə Hacıbəyovun və qardaşlarının da danılmaz xidmətləri olmuşdur.

1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan sonra Milli Teatrımız daha böyük uğurlara imza atdı. 1919-cu ildə Dövlət Teatrı yaradıldı. Teatrın adı ayrı-ayrı illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, hazırda isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı kimi fəaliyyət göstərir.

Sovetlər dönəmində də Azərbaycanda teatrın yüksəlişi danılmazdır.

Hazırda ölkəmizdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Kukla Teatrı, Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı və digərləri fəaliyyət göstərir.

10 mart Milli Teatr Günü münasibətilə bütün teatr işçilərini və teatrsevərləri təbrik edirik.

Gününüz qutlu olsun, əziz sənət cəfakeşləri!

Namiq