XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 12:09

Güləşçilərimiz beynəlxalq turnirdə komanda hesabındabirinci olub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.

Azərtac xəbər verir ki, son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışıb. Azərbaycan yığmasının üzvləri 3 qızıl, 4 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan 73 xalla birinci, İran 64 xalla ikinci, eyni xal toplayan Gürcüstan üçüncü yerdə qərarlaşıb. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxıstan pəhləvanları mübarizə aparıb.