XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 12:46

Azadlıq prospektinin bir hissəsindəhərəkət məhdudlaşdırılır

yol3

Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan etibarən Bakının Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq. “Azəravtoyol” sürücülərə tövsiyə edir ki, bu müddət ərzində, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Əks istiqamət üzrə isə (Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru) avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir məhdudlaşdırma tətbiq edilmir.