XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 17:34

“Kəpəz” 3-cüsıraya yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə "Kəpəz" doğma meydanda autsayder "Rəvan"ı qəbul edib.

Matça meydan sahibləri fəal başlayıblar – 10-cu dəqiqədə Julien Ebah hesabı açıb. Lakin 40-cı dəqiqədə Ramazan Abbasov penalti zərbəsini dəqiq yerinə yetirməklə bərabərliyi təmin edib.

İkinci hissənin əvvəlində "Rəvan"ın futbolçusu Kənan Müslümov qapıları "səhv salıb" – avtoqol. 60-cı dəqiqədə isə penalti vurmaq "növbəsi" gəncəlilərə çatıb. Tural Axundov bu fürsəti əldə verməyib. 89-cu dəqiqədə Elnur Abdulovun qolu isə "Rəvan"a təsəllidən başqa bir şey verməyib – 3:2.

Beləliklə, 32 oyundan 52 xal toplayan "Kəpəz" klubu turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.