XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2015 - 06:36

Separatçı “DQR”-dən etiraf: “Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirmişik”

ermeni suriya.jpg

Separatçı Dağlıq Qarabağ rejimi Suriyadan Qarabağa erməni ailələrinin köçürüldüyünü etiraf edib.

Strateq.az bildirir ki, özünü qondarma rejimin “mətbuat xidmətinin rəhbəri” kimi təqdim edən David Babayan erməni KİV-lərinə açıqlamasında belə ailələrin Dağlıq Qarabağa köçürüldüyünü bildirib.

O bunu “humanitar prinsiplər” əsasında etdiklərini qeyd edib.

“Suriyadan köçürülən insanlar çətin vəziyyətdə idilər. Köməyə möhtac idilər. Bu köçürülmə humanitar əsasda edilib”-deyə Babayan vurğulayıb.

Amma o, bu köçürülmənin hansı beynəlxalq konvensiya əsasında baş tutduğunu qeyd edə bilməyib. Beynəlxaq arenda “tanınmayan ərazi” kimi qəbul olunan Dağlıq Qarabağın Suriya ermənilərinə qucaq açması əslində riyakar məqsədlərdən xəbər verir.

Bir neçə gün əvvəl PA-nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bu köçürülməyə etiraz edən status yazıb. N. Məmmədov bildirirb ki, “Suriyadan köçürülən ermənilər 2 əsrdir davam edən xain prosesin bir hissəsidr”.

X. SƏFƏRLİ