XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 17:16

Ədliyyə nazirivətəndaşları qəbul edəcək

fikret-memmedov

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov mayın 2-də Zərdab rayonunda vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, saat 11:00-da Zərdab rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı) keçiriləcək qəbulda Zərdab, Ucar və Ağcabədi rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (055) 726-97-26), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Zərdab rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.