XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2016 - 19:41

İlhamə Quliyevanın sabiq köməkçisiBaş prokurordan kömək istəyir

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov baş prokuror Zakir Qaralovla görüşüb.

Bu barədə report-a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. 

Vəkilin sözlərinə görə, görüş zamanı Z.Qaralov M.Hüseynovanın işinin araşdırılıb, məhkəməyə göndəriləcəyini deyib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.