XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Aprel 2016 - 20:09

AZAL-“Xəzər Lənkəran”oyunu başa çatdı

Azərbaycan Premyer Liqasında 32-ci turun ikinci matçı başa çatıb.

AZAL klubu “Xəzər Lənkəran”ı qəbul edib. Avrokuboklar iddiasında olan Tərlan Əhmədovun yetirmələri turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq üçün turu itkisiz başa vurublar. AZAL rəqibini minimal hesabla məğlub edib – 1:0. “Xəzər Lənkəran” isə 20 matçlıq qələbə həsrətinə yenə də son qoya bilməyib. Belə ki, meydan sahibləri 54-cü dəqiqədə Nuqzar Kvirtiyanın qolu ilə görüşdən üç xalla ayrılıb.

Beləliklə, AZAL 45 xalla 6-cı, Lənkəran təmsilçisi isə 14 xalla autsayder “Rəvan”la son pilləni bölüşür(azərtac).